Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

2022.01.18 17:39 (UTC+04:00)

Ötən il mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 8207 kiloqram olub.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici ötən illə müqayisədə 104,1 faiz təşkil edib.

Yanvarın 1-nə olan vəziyyətə əsasən, 122 kiloqram hazır məhsul ehtiyatı qalıb.