2021-ci ildə emal sənayesində 16 milyard 307,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki illə müqayisədə tütün məmulatlarının istehsalında 54 faiz, qida məhsullarının istehsalında 10,2 faiz, içki istehsalında isə 2,3 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 33,9 faiz, cem və marmeladların istehsalı 9 faiz, qaymaq və xama məmulatlarının istehsalı 1,4 faiz artıb, duru bitki yağlarının istehsalı 1,7 faiz, marqarin istehsalı isə 4,6 faiz azalıb.