2021-ci ilin dekabr ayı fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 1,75 milyon vahid təşkil edib

2022.01.18 14:37 (UTC+04:00)

2021-ci ilin dekabr ayı fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 13 598 vahid və ya 0,8 faiz artaraq, 1,75 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 379 vahid, fiziki şəxslər üzrə 10 969 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 1 250 vahid artıb.