Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik olacaq

2022.01.18 11:40 (UTC+04:00)

Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik olacaq.

Bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.