Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Qətər Dövlətinin ət, süd və süd məhsullarına olan tələbatını 95 faiz təmin edən “Baladna Food Industries” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və “Baladna Food Industries”in icraçı direktoru Ramez Al-Khayyat arasında təşkil edilmiş görüşdə qarşılıqlı olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstək və xidmətləri, Qətər şirkətinin fəaliyyəti barədə məlumat verilib, eləcə də əməkdaşlıq imkanlarına və Azərbaycanda KOB-ların iştirakı ilə oxşar layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.