Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Ukraynaya səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Aleksandr Qribanla görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi istiqamətində birgə əməkdaşlığa, KOB-lara göstərilən dəstək və xidmətlərə dair fikir mübadiləsi aparılıb.