Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən…

2022.01.14 12:54 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20.000 manatadək olan hissəsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20.000 manatadək olan hissəsi Vergi Məcəlləsinə edilmiş son dəyişikliklə 1 yanvar 2022-ci il tarixdən gəlir vergisindən azad edilmişdir.

QEYD: Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyinin müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.

Dəyişikliyin mahiyyəti: Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriya fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 20.000 manatadək olan hissəsi gəlir vergisindən azad olunur.