1 yanvar 2022-ci il tarixdən etibarən…

2022.01.17 11:47 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən (DVX) “vergiler.az” a bildirilib ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə yanaşı aşağıda göstərilən xidmətlər üzrə pul hesablaşmaları DVX-nin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir:

• yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər;

• tibb müəssisələri;

• bərbərxanalar (sabit vergi ödəyiciləri istisna olmaqla);

• gözəllik salonları və kosmetoloji mərkəzlər.

Dəyişikliyin mahiyyəti: Son dövrlər ərzində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və gəlirlərin leqallaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər görülmüşdür və görülən belə tədbirlərin davamı olaraq qeyd olunan fəaliyyət sahələri üzrə də vergi münasibətlərinin şəffaflığının təmin edilməsi zəruridir.