Ödəniş tapşırıqlarında göstərilməli olan məlumatlar

2022.01.17 10:08 (UTC+04:00)

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə, bu Məcəllənin 16.11 maddəsinə əsasən, vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilməlidir:

• elektron qaimə-fakturanın seriya və nömrəsi;

• tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;

• xarici ticarət fəaliyyəti üzrə –yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;

• borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;

• avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.