2022-ci ildə isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Prezident İlham Əliyevin uğurlu islahatları nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub: Belə ki, 2021-ci ildə ölkədə ÜDM-in real artımı 5 faizdən çox, o cümlədən qeyri-neft ÜDM-in artımı 7,2 faiz olub, 2022-ci ildə isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2021-ci ildə il 270 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür.
2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb.