Azərbaycan və Ukrayna KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

2022.01.13 17:14 (UTC+04:00)

Ukraynaya səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə və ticarət əlaqələrinin inkişafı üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.