Azərbaycan "OPEC+" çərçivəsində dekabr ayında öhdəliyini təxminən 108,7% yerinə yetirib

2022.01.12 14:33 (UTC+04:00)

2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub. Energetika Nazirliyinin məlumatına görə, hasilatın 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib.

"OPEC+" ölkələri na­zirlərinin 22-ci icl­asında qəbul edilmiş "Əməkdaşlıq Bəyann­aməsi" çərçivəsində Azərbaycanın hasilat­ın azaldılması ilə bağlı öhdəliyinin de­kabrda gündəlik 64 min barel təşkil edəc­əyi, gündəlik xam ne­ft hasilatını isə noyabr ayı ilə müqayi­sədə 7 min barel art­ırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulur.