Sahib Ələkbərov “Şöhrət” ordeni ilə təltif olunub

2022.01.11 16:47 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Sahib Nurəddin oğlu Ələkbərov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.