Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyektləri istisna olmaqla, orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin və xərclərin uçotu 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektləri tərəfindən isə 2023-cü il yanvarın 1-dən yalnız hesablama metodu ilə aparılacaq.
Dövlət Vergi Xidmətindən bildirilib ki, orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənən məlumatı müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək vergi orqanına təqdim etməlidirlər.
Həmçinin qeyd olunub ki, vergi uçotu ilə mühasibat uçotu arasında fərqliliklərin aradan qaldırılması məqsədilə, mikro sahibkarlıq subyektləri istisna olmaqla, digər sahibkarlıq subyektləri tərəfindən gəlirlərinin və xərclərinin uçotu hesablama metodu ilə aparılacaq.