Ukraynada bəzi vergi dərəcələri artırılıb

2022.01.11 13:30 (UTC+04:00)

Yanvarın 1-dən qüvvəyə minmiş qanuna əsasən, torpaq sahələri ilə bağlı minimal vergo öhdəliyi tətbiq olunur. Əgər torpağın hər hektarının qiyməti Ukrayna üçün standart olan 28 min qrivna (1,7 min manat) olarsa, ihər hektar üçün illik minimal vergi öhdəliyi 1,4 min qrivna (86 manat) müəyyənləşdirilib. Kənd təsərrüfatı məhsullarının satışından minimal əməkhaqqı məbləğindən 12 dəfə artıq məbləğdə əldə olunan gəlir üçün 18 faiz dərəcəsi ilə gəlir vergisi müəyyənləşdirilib. Yeni qaydalara əsasən, torpağın sahəsi sadələşdirilmiş vergi ödəyicisi statusu almağa imkan yaradan 2 hektardan yarım hektara endirilib.
İl ərzində ikinci daşınmaz əmlakın satışından əldə olunan gəlir 5 faiz, üçüncü və daha çox daşınmaz əmlak satışından əldə olunan gəlir isə 18 faiz dərəcə ilə vergiyə cəlb olunur.
Tündlüyü 22 dərəcədən artıq olan alkoqollu içkilər üçün spirtə tətbiq olunan aksiz vergisnin dərəcəsi 5 faiz artırılb.
Yeni qanun vergi borcu olan hüquqi şəxs rəhbərlərinin və qeyri-rezidentlərin daimi nümayəndələrinin ölkədən çıxmasına məhdidiyyət qoyub.
Bunlardan əlavə, ekoloji verginin, həmçinin faydalı qazıntılardan istifadə üçün renta ödənişinin də dərəcəsi artırılıb.