Saratov vilayəti Azərbaycana biznes missiyalar göndərəcək.
Saratov vilayəti İxracın Dəstəklənməsi Mərkəzi 2022-ci ildə regional İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə yerli istehsalçıların məhsullarını təbliğ etmək məqsədilə Əlcəzair, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Vyetnam və Qazaxıstana sahibkarların biznes-missiyalarını göndərməyi planlaşdırır.
Keçən il Saratov vilayətindən Azərbaycana, Özbəkistana, Qazaxıstana, İrana, Türkiyəyə və Belarusa biznes missiyalar göndərilib, İrandan və Özbəkistan olan sahibkarlar bu regiona cavab səfərləri ediblər.
2021-ci ildə Saratov şirkətləri ixracla əlaqədar 82 kontrakt bağlayıblar, 9 yeni iştirakçı ixrac fəaliyyətinə cəlb edilib.