Ötən il BFB-də qiymətli kağızlar üzrə əməliyyatların həcmi 15 milyard manatdan çox olub

2022.01.10 14:32 (UTC+04:00)

2021-ci il ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15 milyard 300 milyon 752 min 386 manat təşkil edib.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 19%, repo əməliyyatları üzrə isə 235%, ipoteka istiqrazları istisna olmaqla digər korporativ qiymətli kağızların ilkin bazar ticarət həcmində 241% , bu korporativ qiymətli kağızların təkrar bazar ticarət həcmində isə 200% böyümə qeydə alınıb.

2021-ci ilin dekabr ayının son ticarət günü üzrə BFB-nin kapitalizasiyası ilin əvvəlinə nisbətən 12% artaraq 4 milyard 366 milyon 639 min manat olub.