İşğaldan azad olunmuş ərazilərin yarısında keçən il “4G” mobil texnologiyaları şəbəkəsi qurulub

2022.01.10 13:06 (UTC+04:00)

2024-cü ilin sonunadək Azərbaycanda bütün evlər müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, indiyədək 150 min ev təsərrüfatında müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlər çəkilib və 1400 kilometr uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir.

Ötən il ərzində işğaldan azad olunmuş ərazilərin təxminən yarısında “4G” mobil texnologiyaları şəbəkəsi qurulub, 35 faiz teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb.