Rusiyada evini turistlərə icarəyə verənlər vergi ödəyəcəklər

2022.01.10 13:30 (UTC+04:00)

Rusiya parlamentində evini turistlərə verən vətəndaşların vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi yenidən gündəliyə gətirilib.

2019-cu ildə hazırlanmış bu sənədə əsasən, evini kirayə vermək üçün federal reyestrdə qeydiyata alınan şəxslər 4 faiz dərəcəsi ilə vergi ödəyəcəklər.

Rusiyanın Federal Antiinhisar Xidməti (FAX) evini turistlərə kirayəyə verən vətəndaşlar üçün fərdi identifikasiya nömrəsinin tətbiqi ideyasını dəstəkləyib. Vətəndaşlar kod alandan sonra vergi ödəyəcəklər.

“Turist evləri” layihəsi ilə bağlı FAX tərəfindən bir neçə müsbət məqamın olduğu vurğulanıb. Bunların arasında ev sahiblərinə qeydiyyata alınmazdan əvvəl “keçid dövrü” imkanının yaradılmasıdır.