İtaliyaya 100 milyon avro ödəniləcək

2018.12.05 13:45 (UTC+04:00)

İtaliyanın maliyyə polisi "Facebook" şirkətini 2010-2016-cı illər arasında reklam gəlirlərindən əldə etdiyi gəlirlərlə ödədiyi vergi arasında böyük uyğunsuzluq olduğuna görə ittiham etmiş, şirkətin 300 milyon avro məbləğində vəsaiti vergidən yayındırdığını açıqlamışdı. "Facebook" rəhbərliyinin İtaliyanın səlahiyyətli orqanları ilə apardığı danışıqlar nəticəsində əldə olunmuş razılaşmaya əsasən, şirkət İtaliya büdcəsinə 100 milyon avro ödəyəcək. Qeyd edək ki, 2017-ci ilin dekabr ayında "Facebook" fəaliyyət göstərdiyi ölkədə vergi ödəyəcəyi sistemi qəbul etdiyini bildirmişdi. İtaliya hökuməti "Amazon", "Google" və "Apple" şirkətləri ilə də buna oxşar sazişlər imzalamışdır. "Apple" şirkəti 2008-ci ildən 2015-ci ilə qədər əldə etdiyi qazancın qarşılığı olaraq İtaliya büdcəsinə 300 milyon avrodan artıq vəsait köçürmüşdü.