Azərbaycan və Türkiyə kapital bazarlarının inkişafı istiqamətində yeni addım atılıb

2022.01.07 17:00 (UTC+04:00)

31 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən Türkiyənin mərkəzi depozitarı olan “Merkezi Kayıt Kuruluşu”nda (MKK) nominal hesab açılıb.

MDM-in məlumatına əsasən, bununla, Milli Depozit Mərkəzi etibarlı tərəf kimi çıxış edərək yerli institusional investorlar üçün Türkiyənin dövlət qiymətli kağızları ilə ticarət əməliyyatlarını həyata keçirmək imkanı yaratmışdır. Türkiyənin "Ziraat Bank"ı MDM-in MKK-dakı hesabı üzrə əməliyyatların aparılması məqsədilə hesab operatoru olaraq təyin edilib.

Beləliklə, MDM ilk dəfə olaraq xarici depozitar təşkilatında hesab açaraq investorların xarici bazarlarda iştirakını təmin edib.