Sahibkarların müraciətləri əsasında 10 sahə üzrə daxili bazar araşdırmaları aparılıb

2022.01.07 15:25 (UTC+04:00)

2021-ci ildə daxil bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 14 müraciət daxil olub.

KOBİA-dan bildirilib ki, sahibkarların müraciətləri əsasında 10 sahə üzrə daxili bazar araşdırmaları aparılıb. Həmçinin agentliyin təşəbbüsü ilə 4 sahə üzrə daxili bazar araşdırmaları həyata keçirilib. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir.