Ötən il 27 sahibkara “Startap” şəhadətnaməsi verilib

2022.01.07 13:05 (UTC+04:00)

Ötən il dekabrın 1-dək “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 57 müraciət daxil olub və 27 sahibkara şəhadətnamə verilib.

KOBİA-dan bildirilib ki, şəhadətnamə almış sahibkarlar istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, onların təqdim etdiyi layihələr müvafiq sahələrdə innovativ həlləri özündə ehtiva edir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar.

Qeyd edək ki, şəhadətnamələrin verilməsinə ötən ilin mayından başlanılıb.