Hindistanda polad, alüminium və mis üçün idxal rüsumları azaldılacaq

2022.01.07 13:30 (UTC+04:00)

Hindistanın Maliyyə Nazirliyi və hökumətin digər təmsilçiləri polad, alüminium, mis kimi xammallara tətbiq olunan idxal rüsumlarının aşağı salınması məsələsinin müzakirəsini gündəliyə gətiriblər. Burada məqsəd qiymətlərin artması səbəbindən müxtəlif qruplara aid və müxtəlif ölçülü müəssisələrin xərclərinin azaldılmasıdır. Hazırda ölkədəki zavodların fəaliyyətlərini COVID-19 pandemiyasından sonra bərpa etməsi istiqamətində ciddi tədbirlər görmək planlaşdırılır ki, rüsumların aşağı salınması təklifi də bu çərçivədə irəli sürülüb.

Hindistanda sənaye xammalı məhsulları üçün idxal rüsumları aşağıdakı kimidir:

- polad – 7,5%;

- alüminium – 10%;

- mis – 5%;

- polimerlər – 10%.

Bundan əlavə, ölkədə bütün mallar və xidmətlər üçün 18 faiz dərəcəsi ilə birləşdirilmiş vergi tutulur.