Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli” layihəsindən 5,9 milyard dollar qazanıb

2022.01.06 16:31 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2021-ci ildə 5 milyard 968,4 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 155 milyard 373 milyon dollar olub.