Yanvarın 6-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 114,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Cari həftədə qeyri-iş günləri ilə əlaqədar tələbin həcmi 2 hərrac əvəzinə 1 hərrac keçirilməsi amili ilə formalaşıb. Bununla belə, 2 hərrac üzrə nəzərdə tutulan təklif məbləği tam satılmayıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, ötən il valyuta hərraclarının böyük əksəriyyətində təklif tələbi üstələyib, ümumilikdə valyuta bazarı tarazlı olub, milli valyutanın məzənnəsinin dayanıqlılığı təmin edilib. 2022-ci ildə də proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını dəstəkləyəcək.