İndiyədək 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub

2022.01.06 12:35 (UTC+04:00)

Ötən il 150-yə yaxın gənc, indiyədək isə 360-dan çox gənc Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü fəaliyyətinə cəlb edilib.

KOBİA-dan bildirilib ki, könüllülük fəaliyyəti müddətində gənclər müvafiq bilik və təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. “KOB könüllüsü” olmuş bir sıra gənc müxtəlif dövlət və özəl müəssisələrdə, o cümlədən KOBİA-da əmək fəaliyyətinə başlayıblar. 2021-ci ildə 2 könüllü gənc, ümumilikdə 11 nəfər agentlikdə işlə təmin edilib.