Yalnız nağdsız qaydada həyata keçirilən ödənişlər

2022.01.07 18:10 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az”a bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, 01 yanvar 2022-ci ildən aşağıda qeyd edilən ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir:

• ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

• pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər;

• tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər;

• “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).”

Əsaslandırma: “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.10-cu, 3.4.11-ci, 3.4.12-ci və 3.4.13-cü maddələri