Neft Fondu ötən ilin dekabrında valyuta hərraclarında 989,1 milyon dollar satıb

2022.01.05 15:52 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında 989,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.