Ölkə xaricində pul, qızıl, daşınar əmlak və digər sərmayə bazarı vasitələri mövcud olan şəxslərin sərvətlərini vergi yoxlamasına cəlb etmədən Türkiyədə dəyərləndirmək üçün tətbiq edilən “sərvət barışı”ından faydalanmaq üçün verilən müddət altı ay uzadılıb.
Türkiyə Prezidentinin sərəncamında göstərilir ki, bu sərvətlərin bank və ya vasitəçi qurumlara bəyan edilməsinin 2021-ci il dekabrın 31-də başa çatan müddəti 30 iyun 2022-ci ilə qədər uzadılıb.
Həmin tarixə qədər sərvətləri haqqında məlumat verən şəxslər öz sərvətlərindən vergi yoxlanışı aparılmadan sərbəst istifadə edə biləcəklər.