1989-cu ildə Naxçıvan Muxtar Respublikasında SSRİ ilə İran arasındakı sərhədlərin Azərbaycan xalqının iradəsi ilə sökülməsi müasir tariximizin şanlı səhifəsinə çevrilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd etdiyimiz bu tarix dövlət müstəqilliyimizin başlanğıcının ən parlaq hadisələrindən biri kimi əlamətdardır.
Hamınızı 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edir, 2022-ci ilin xalqımız və dövlətimiz üçün yeni uğurlar ili olmasını arzulayırıq!