“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1- ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə 4 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Bundan əlavə, idarə heyətinin eyni tarixli qərarı ilə lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas olan halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq qanunun 107.1.2-ci maddəsinə əsasən 47 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.