Quba və Qusarın dağ kəndlərinin turizm potensialını əks etdirən videoçarxlar hazırlanıb

2021.12.30 12:03 (UTC+04:00)

Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatı Quba və Qusar rayonlarında yerləşən bəzi kəndlərin turizm imkanlarının tanıdılması məqsədilə yeni videoçarxlar hazırlayıb.

Videolarda Quba rayonunun Qrız, Buduq, Xanagah kəndləri və Qırmızı qəsəbə, Qusar rayonunun isə Laza, Sudur, Hil və Yerği-kek kəndlərinin tarixi və təbii abidələri, insanları və ənənələri qeydə alınıb.

Layihə çərçivəsində hazırlanan videolar müxtəlif platformalar vasitəsilə marketinq tanıtım fəaliyyətində istifadə olunacaq.