Qanada elektron ödənişlər üçün vergi tutulması təklifi qalmaqala səbəb olub
2021.12.30 13:30 (UTC+04:00)
Afrikada yerləşən Qana Respublikası hökuməti elektron ödənişlər üçün vergi tutulması ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Hökumətin mövqeyinə görə, bu verginin tətbiqi dövlət büdcəsinin gəlirlərini artıracaq və əldə olunan vəsait inkişaf layihələrinə sərf ediləcək. Müxalifət nümayəndələri və əhalinin əksəriyyəti elektron tranzaksiyalar üçün 1,75 faiz dərəcəsi ilə vergi tətbiq olunmasına qarşı çıxırlar. Bu qanun layihəsi qəbul edilsə, hazırda ölkəninn 15 yaşdan yuxarı vətəndaşlarının 40 fazidən çoxunun hər gün istifadə etdiyi mobil ödənişlər üçün vergi ödəməyi məcburi hala gətirəcək.
Qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deputatlar arasında qalmaqal yaranıb, ölkənin gənclər və idman naziri yaralanıb. Bununla da qanun layihəsinin müzakirəsi təxirə salınıb.