Dekabrın 29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103890S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 153 milyon 387 min 400 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar gələn il yanvarın 26-da ödəniləcək.