Dövlət Neft Fondunun aktivləri 44 milyard ABŞ dollarını ötüb

2021.12.29 14:43 (UTC+04:00)

1999-cu il dekabrın 29-da təsis edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondu (DNF) bu gün 22 yaşını qeyd edir.

DNF-dan bildirilib ki, 2001-ci ildə 270 milyon ABŞ dolları məbləğində vəsaitə malik olan fondun hazırki aktivlərinin məbləği 44 milyard ABŞ dollarını keçib. Tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi məqsədilə fəaliyyətə başlayan Dövlət Neft Fondu 22 ildir bu missiyanı layiqincə yerinə yetirir və bundan sonrakı fəaliyyətində də missiyasına sadiq qalaraq ölkənin tərəqqisi naminə çalışmağa davam edəcək.