Tacikistanda vergilərin sayı azaldılıb, ƏDV-nin dərəcəsi aşağı salınıb

2021.12.29 18:15 (UTC+04:00)

Tacikistan Respublikasının prezidenti Emomali Rahmon ölkənin Vergi Məcəlləsinə düzəliş və əlavələri təsdiq edib.

“REGNUM” informasiya agentliyinin prezidentin mətbuat xidmətinə istinadən yaydığı xəbərdə bildirilir ki, yenilənmiş Vergi Məcəlləsində yeni güzəştlər nəzərdə tutulub: “O cümlədən vergilərin sayı 10-dan 7-yə, əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi isə 18 faizdən 15 faizə endirilib. Mehmanxana xidmətləri üçün ƏDV dərəcəsi 18 faizdən 7 faizə, yerli kənd təsərrüfatı mallarının satışı və emalı üçün 18 faizdən 5 faizə salınıb”, - prezidentin mətbuat xidmətinin məlumatında göstərilir.