“Petkim” doqquz aylıq ümumi satış həcmini 19 milyard 165 milyon TL-yə yüksəldib

2021.12.28 18:10 (UTC+04:00)

SOCAR-ın Türkiyədəki aktivlərindən olan “Petkim” 2021-ci ilin üçüncü rübü üçün maliyyə nəticələrini açıqlayıb.

Şirkətdən bildirilib ki, “Petkim” neft-kimya məhsulları xərclərinin artmasına və rentabelliyin azalmasına baxmayaraq, 9 aylıq ümumi satış həcmini 19 milyard 165 milyon TL-yə yüksəldib. Bu uğurun qazanılmasında “Petkim”in geniş məhsul portfeli ilə istehsalının təsiri olub.