Dövlət Vergi Xidməti tərəfindən “DVX bot” adlı çat-bot tətbiqi hazırlanıb

2021.12.28 14:38 (UTC+04:00)

Dövlət xidmətindən “vergiler.az” saytına bildirilib ki, “DVX bot” vasitəsilə vergi ödəyicilərinə xidmət mərkəzlərinin ünvanları barədə məlumat almaq, həmin mərkəzlərə onlayn növbəyə yazılmaq, kalkulyator vasitəsi ilə hesablamalar aparmaq və borc barədə məlumat almaq mümkündür. Növbəti mərhələdə göstərilən xidmətlər üzrə tələb olunan sənədlər, müraciətlərin icra müddətləri, bəyannamələrin təqdim edilməsi vaxtı, bəyannamələrin tərtib edilməsinə dair aktual məsələlər, vergilər üzrə ümumi məlumatlar, vergilərin ödənilməsi qaydası, müddətləri və s. bu kimi vətəndaşları ən çox maraqlandıran və ən çox verilən suallar üzrə məlumatların yerləşdirilməsi nəzərdə tutulmuşdur. “DVX bot” aşağıdakı imkanları təqdim edir:

• Xidmət mərkəzləri barədə məlumat
• Onlayn növbə
• Kalkulyator
• Borc barədə məlumat
• “Mənə yazın” xidməti