Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarına seçdikləri sahələr üzrə aktivlərin təqdim edilməsinə başlanılıb.
Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində işsiz şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib.
Layihə ölkə üzrə 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.
Onlardan artıq 6003 nəfər qeydiyyata alınaraq təlimlərə cəlb olunub. Təlimləri bitirərək biznes planları uğurlu hesab olunanlara isə aktivlər verilir.
Layihənin əsas məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına şərait yaradılmasıdır.