Yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 6 milyon 347,5 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 805,5 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 846,2 min ton yükün dəyəri 992,2 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 501,2 min ton, dəyəri isə 1 milyard 813,3 milyon dollar olub.