Bu ilin yanvar-noyabr aylarında 131 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı həyata keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, elektron təyinatın 21 min nəfərdən çoxu pensiya, 109 min nəfərdən çoxu isə müavinət və təqaüd alanların payına düşüb.