Məzuniyyətdən geriçağırılma zamanı əməkhaqqının hesablanması ilə bağlı nələrə diqqət yetirilməlidir?

2021.12.30 17:36 (UTC+04:00)

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov diqqəti mə­zu­niy­yət­dən ge­ri­ça­ğır­ma ilə bağ­lı müd­dəanın Əmək Mə­cəl­lə­si­nin 137-ci mad­də­sin­də öz ək­si­ni tapdığına yönəldərək bildirib ki, iş­çi­nin tə­şəb­bü­sü ilə əmək mə­zu­niy­yə­tin­dən geriçağırılma yal­nız işə­gö­tü­rə­nin mü­la­hi­zə­si ilə hə­ya­ta ke­çi­ri­lə bi­lər.

Misal 1: İş­çi 20 gün­lük əmək mə­zu­niy­yə­ti­nə çıxıb və 10 gün­dən son­ra əmək məzu­niy­yə­tin­dən ge­ri­ça­ğı­rıl­ma ilə bağ­lı əri­zə ilə işə­gö­tü­rə­nə mü­ra­ci­ət edib. İşəgötürən, iş­çi­nin əri­zə­si­nə müs­bət və ya mən­fi mü­na­si­bət bil­di­rə bi­lər. Bu, işəgötü­rə­nin sə­la­hiy­yət­lə­ri da­xi­lin­də­dir.

Mad­də­dən çı­xa­rış­dan gö­rü­rük ki, mə­zu­niy­yət­dən ge­ri­ça­ğı­rıl­ma iş­çi və işə­gö­tü­rən tə­rə­fin­dən baş ve­rə bi­lər. Hər han­sı bir tə­rə­fin tə­şəb­bü­sü ilə ge­ri­ça­ğı­rıl­ma di­gər tərə­fin ra­zı­lı­ğı əsa­sın­da reallaşa bi­lər. İş­çi öz ra­zıl­ğı ol­ma­dan mə­zu­niy­yət­dən geri ça­ğı­rı­la bil­məz. İş­çi­nin mə­zu­niy­yət­dən vax­tın­dan əv­vəl qa­yıt­ma­sı işəgö­tü­rə­nin mü­la­hi­zə­si əsa­sın­da hə­ya­ta ke­çi­ril­mə­li­dir.

Misal 2: İş­çi 20 gün­lük mə­zu­niy­yə­tə çıx­ıb və bir həf­tə­dən son­ra işə­gö­tü­rən iş­çi­nin mə­zu­niy­yət­dən ge­ri­ça­ğı­rıl­ma­sı ilə bağ­lı əmr im­za­la­yıb. İş­çi isə mə­zu­niy­yət­dən qayı­da bil­mə­yə­cə­yi­ni bil­dirıb. İşə­gö­tü­rə­nin əm­ri əsas­­lı­­dır­­mı­­?

Əmək Mə­cəl­lə­si­nin 137-ci mad­də­sin­də açıq şə­kil­də iş­çi­nin mə­zu­niy­yət­dən geri çağı­rıl­ma­sı ha­lı­nın müm­kün­lü­yü­nün iş­çi­nin ra­zı­lı­ğı ilə, yal­nız müs­təs­na hallarda baş tu­ta bi­lə­cə­yi qeyd edil­ib. Bu ba­xım­dan, əmək mü­qa­vi­lə­si­nə xi­tam veri­lə­cə­yi əsa­sı ilə hə­də-qor­xu gə­lə­rək iş­çi­nin ra­zı­lı­ğı ol­ma­dan onun məzuniyyətdən ge­ri­ ça­ğı­rıl­ma­sı əsas­sız və qa­nun­suz­dur. Ve­ril­miş əm­rin hü­qu­qi qüv­və­si yox­dur.

Əmək mə­zu­niy­yə­tin­dən ge­ri ça­ğı­rı­lan iş­çi­nin mə­zu­niy­yət gü­nü və əməkhaq­qı məsə­lə­si tə­rəf­lə­rin ra­zı­lı­ğı ilə aşa­ğı­da­kı şə­kil­də tən­zim­lə­nir:

Va­ri­ant 1. İşçi işə baş­la­dı­ğı gün­dən eti­ba­rən əməkhaq­qı he­sab­la­nır və is­ti­fa­də edilməmiş mə­zu­niy­yət gün­lə­ri­nin əvə­zin­də ödə­niş­siz əla­və is­ti­ra­hət gün­lə­ri (əvəzgün) ve­ri­lir.

Misal 3: İşçi 15 günlük əmək məzuniyyətinə buraxılıb. Məzuniyyətin bitməsinə 5 gün qalmış təxirəsalınmaz işlərin görülməsi zərurəti olduğundan müəssisə rəhbərinin təşəbbüsü və işçinin də ra­zı­lı­ğı ilə əmək mə­zu­ni­yə­tin­dən ge­ri ça­ğı­rıl­ıb. Fərz edək ki, 15 gün­lük mə­zu­niy­yət üçün iş­çi­yə 300 ma­nat mə­zu­niy­yət haq­qı ödənilıb. Mə­zu­niy­yət gü­nü və əməkhaq­qı ne­cə tən­zim­lə­nə­cə­k?

İş­çi işə baş­la­dı­ğı ta­rix­dən ona əməkhaq­qı he­sab­la­nır və ödə­ni­lir. Mə­zu­niy­yət gün­lə­ri­nin haq­qı tu­tul­mur. İş­çi­nin mü­ra­ciə­ti­nə və işə­gö­tü­rə­nin ra­zı­lı­ğı­na əsa­sən müəyyən olun­muş vaxt­da ona ödə­niş­siz əla­və is­ti­ra­hət gün­lə­ri (əvəz­gün) ve­ri­lir.

Va­ri­ant 2. İşə baş­la­dı­ğı gün­dən eti­ba­rən iş­çi­yə əməkhaq­qı he­sab­la­nır, is­ti­fa­də edilmə­miş mə­zu­niy­yət gün­lə­ri­nə dü­şən mə­zu­niy­yət pu­lu­nun məb­lə­ği on­dan tu­tu­lur və mə­zu­niy­yə­tin is­ti­fa­də edil­mə­miş gün­lə­ri gə­lə­cək­də mü­əy­yən edil­miş vaxt­da veri­lə­rək Əmək Mə­cəl­lə­si­nin 140-cı mad­də­sin­də nə­zər­də tu­tul­muş qay­da­da ye­ni­dən məzu­niy­yət pu­lu he­sab­la­nıb ödə­ni­lir.

Misal 4: Yu­xa­rı­da­kı nü­mu­nə­dən yo­la çıx­saq, 5 gü­nnə dü­şən mə­zu­niy­yət haq­qı 100 manat iş­çi­dən tu­tu­la­caq. Mə­zu­niy­yət­dən ge­ri ça­ğı­rıl­dı­ğı 5 gün onun məzu­niy­yət gün­lə­ri­nə əla­və edi­lə­cək və iş­çi ilə işə­gö­tü­rə­nin ra­zı­laş­dı­ğı baş­qa vaxtda iş­çi mə­zu­niy­yə­tə gön­də­ri­lə­cək. Ona Əmək Mə­cəl­lə­si­nin tə­ləb­lə­ri­nə uy­ğun məzuniyyət haq­qı he­sab­la­nıb ödə­ni­lə­cək.