Nağdsız əməliyyatların həcmi bu ilin 11 ayında ötən ilə nisbətən 78,7 faiz artıb

2021.12.27 16:32 (UTC+04:00)

2021-ci ilin noyabrında ölkədə istifadə edilən ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Mərkəzi Bankın statistik bülletenində verilən açıqlamaya əsasən, 2021-ci ilin 11 ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin 11 ayı ilə müqayisədə 78,7 faiz artıb: kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9 milyard 668 milyon manat təşkil edib.

Nağdsız ödənişlərin 6 milyard 132 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 3,5 milyard manatı POS-terminallar, 34 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34,8 faizini təşkil edib.