Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan üzrə rezident nümayəndəsi Hiroyuki Mori ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə əməkdaşlıq imkanlarına və KOB sahəsində birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.