Həyat sığortası bazarı 11 ayda 25,8% böyüyüb

2021.12.27 12:59 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında könüllü həyat sığortası üzrə sığorta haqqları 290,9 milyon manat olub ki, bu da əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 25,8% çoxdur. Bu ilin ilk 11 ayındakı sığorta ödənişlərinin həcmi isə illik müqayisədə 7,6% artaraq 226,3 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, 11 ay ərzində yığılmış sığorta haqqlarının 85,2%-ini həyatın yaşam sığortası, 13,3%-ini həyatın ölüm halından sığortası təşkil edib. Sığorta ödənişlərində isə həyatın yaşam sığortasının payı 98,5% olub.

Cari ilin ilk 11 ayında icbari həyat sığortasının həm sığorta haqqları, həm də sığorta ödənişlərinin həcmində artım müşahidə olunub. Belə ki, sığorta haqqları illik müqayisədə 15,8% artaraq 57,5 milyon manat, sığorta ödənişləri isə 61,2% artaraq 3,7 milyon manata çatıb.