Sərnişindaşımalarda nağdsız ödəniş sisteminin tətbiqi genişləndirilir

2021.12.27 12:35 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, cari ildə Bakı şəhərində ümumilikdə 578 avtobus “BakıKart”a inteqrasiya olunub. Marşrut şəbəkəsində ümumi dövriyyənin 49 faizinin şəffaflaşdırılması da görülən tədbirlərin əsas nəticələrindəndir.
Məlumat üçün qeyd edək ki, hazırda Bakıda gündəlik 800 minə yaxın sərnişin ictimai nəqliyyatda nağdsız ödənişdən istifadə edir.