Özbəkistan hökuməti ölkənin bütün turizm şəhərlərində əlavə dəyər vergisinin (ƏDV) xarici qonaqlara qaytarılması sisteminin tətbiqinə hazırlıq görür. Bu barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar vermiş prezident Şavkat Mirziyoyev qeyd edib ki, Daşkənd, Səmərqənd və Buxara şəhərlərində “tax free” sistemini tətbiq etməklə, eləcə də şəhərlərdə “Duty Free” mağazaları açmaqla pərakəndə satışın həcmini iki-üç dəfə artırmaq mümkündür.
Qeyd edək ki, əcnəbi qonaqların Özbəkistanda aldıqları mallar üçün ödədikləri ƏDV-nin qaytarılması sisteminin tətbiqinə 2019-cu ildə hazırlıq görülməyə başlanmışdı. Özbəkistan Maliyyə Nazirliyi bu sistemin 2020-ci il iyulun 1-dən tətbiq olunmasını təklif etmişdi. Lakin koronavirus pandemiyası ilə əlaqədar görülən tədbirlər çərçivəsində “tax free” sisteminin tətbiqi təxirə salınmışdı.