BVF gömrük tariflərinin artırılması ilə bağlı xəbərdarlıq edib

2019.04.05 19:17 (UTC+04:00)

Hesabatda qarşılıqlı ticarət tarazlığının son iyirmi illik dövrdə böyük miqyasda makroiqtisadi inkişaf və təklif-tələb əlaqələri fonunda formalaşdığı göstərilib; qarşılıqlı ticarət tarazlığının yaranmasında demoqrafiyanın, iqtisadi və maliyyə siyasətinin, kreditlərin qaytarılmasının, bəzi hallarda valyuta kurslarının idarə olunmasının, eləcə də yerli tədarük mövqeyinin rolu qeyd edilib. BFV-nin hesabatına əsasən: "Qarşılıqlı ticarətə tətbiq olunan gömrük tarifləri qarşılıqlı ticarət tarazlığının əmələ gəlməsində son dərəcə kiçik rol oynayır. Bununla belə, tətbiq olunan gömrük tariflərinin səviyyəsi qarşılıqlı ticarət həcmlərinin mühüm bir hissəsini təşkil edir. Ona görə də gömrük tariflərinin uzun müddət üçün istehsal, məhsuldarlıq və məşğulluq sahəsində ciddi təsiri var. Gömrük vergilərinin azaldılması məşğulluğun beynəlxalq miqyasda paylanmasını, qlobal dəyər zəncirinin yaranmasını, rəqabətin artmasını və məhsuldarlığın yüksəlməsini təmin edir".

Qarşılıqlı ticarətdə gömrük vergisinin artırılmasının iqtisadiyyatlara mənfi təsirlərinin ola biləcəyi qeyd edilən hesabatda deyilir: "Ticarət müharibələri" şəraitində gömrük vergilərinin artırılmasının mənfi təsirləri yarana bilər. Qarşılıqlı gömrük vergilərinin artırılması sadəcə bundan birbaşa təsirə məruz qalan ölkələrdəki istehsal və məşğulluq sahələrinə zərər verməklə qalmayacaq, eyni zamanda bu prosesləri kənardan müşahidə edən ölkələrdəki dəyər zəncirinə də öz mənfi təsirini göstərəcəkdir. Ticarət yollarında baş verən sapmalardan bəzi ölkələrin yararlana biləcəyi halda, artan gömrük vergiləri iqtisadiyyatın dünya miqyasında pozulmasına səbəb olacaqdır".