Neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

2021.12.25 14:02 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,71 dollar azalaraq 76,14 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 dollar bahalaşaraq 73,79 dollar olub.